G7-nin maliyyə nazirləri Ukraynaya 15 milyard avro (15,8 milyard dollar) yardım paketi hazırlamaq istəyirlər. Qərar bu həftə Bonn şəhərində keçiriləcək iclasda qəbul edilə bilər.
Bu barədə "Unikal" Reuters-ə istinadən xəbər verir.
Yardım üç ay müddətinə qısamüddətli maliyyələşmə ilə əsasən qrant şəklində verilir ki, bu da kreditlərdən fərqli olaraq geri qaytarılması tələb olunmur.
ABŞ artıq yardımın yarısını 7,5 milyard dollar qrant şəklində təqdim etməyi təklif edib.
Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, Qərb dövlətləri Ukraynanın yenidən qurulması kimi böyük, uzunmüddətli işin ödənilməsinə dair də müzakirələr var.
"Mən Rusiya Mərkəzi Bankının xarici aktivlərini ələ keçirmək ideyasını dəstəkləyirəm" deyə Lindner Almaniyanın Handelsblatt biznes gündəliyinə müsahibəsində bildirib.
Bəzi Aİ siyasətçiləri Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərinin, o cümlədən Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan təxminən 300 milyard dolların müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün pul kimi istifadə edilməsinə çağırır.
Ramil Zeynallı