Rus hərbçiləri Donbasda 7 dinc sakini öldürüb, 6 dinc sakini yaralayıb.
"Unikal" xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko öz Telegram kanalında məlumat verib.
"Mayın 17-də ruslar Donetsk vilayətində 7 dinc sakini öldürüblər: Baxmutskidə 2, Baxmutda 2, Avdeevkada 1, Drobışevoda 1 və Soledarda 1 nəfər. Daha 6 nəfər yaralanıb".
Bundan əlavə, Baxmutda Luqansk vilayətində yaralanan 9 mülki şəxsə tibbi yardım göstərilib.
Ramil Zeynallı