Avstraliya hökuməti səkkiz rusiyalı jurnalistə, bir sıra dövlət rəsmilərinə və hüquqi şəxslərə qarşı sanksiya tətbiq edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təsirə məruz qalan jurnalistlər arasında “Rossiya Seqodnya”nın baş direktoru Dmitri Kiselev, RT-nin baş direktoru Aleksey Nikolov, jurnalist Sergey Brilev, “Qazprom” Media Holdinqinin baş direktoru Aleksandr Jarov, teleaparıcı Mixail Leontyev, hərbi müxbirlər Yevgeni Poddubnı, Aleksandr Kots və Dmitri Steşin yer alıb.
Bundan başqa, Avstraliya Rusiya Qələbə Muzeyinin direktoru Aleksandr Şkolnik, Fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyanı, Rusiya FSB təhlükəsizlik xidməti direktorunun birinci müavini Sergey Korolev və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanovskini də qara siyahıya salıb.
Gülayə Mecid