Rusiya prezidenti Vladimir Putin neft sənayesinin vəziyyəti ilə bağlı videokonfrans vasitəsilə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə Ukrayna məsələsinə toxunan Putin diqqətçəkən ifadələr işlədib.
"Ukraynada baş verənlər Rusiyanın narahatlığına məhəl qoymayan kollektiv Qərbin düşünülmüş siyasəti ilə bağlıdır. Təhlükəsizliyimizlə bağlı qanuni narahatlıqlara baxmayaraq, Kiyevin rəhbərlik etdiyi neonasistlər imkan daxilində həvəsləndirilirdilər. Ukraynanın şərqində 8 ildir davam edən problemlər lazımınca qiymətləndirilib. Kiyev rejimi 8 il əvvəl başladığı hərbi əməliyyatların davam etdirilməsinə töhfə verib".
Putin Avropa Birliyinin neft və qaz bazarlarına tətbiq etdiyi sanksiyaları “iqtisadi intihar” kimi qiymətləndirib:
"Bu gün Avropa ölkələrinin neft və qaz yataqlarına sırf siyasi səbəblərdən daha çox sanksiyalar tətbiq etdiyini görürük. Bu sanksiyalar Avropada qiymətlərin bahalaşmasına, bəzi neft məhsullarının qıtlığına səbəb olur və nəqliyyat sənayesi yaşayan istehlakçılara mənfi təsir edir".
Gülayə Mecid