Rusiya Federasiyasının Dövlət Duması SSRİ bayrağının Rusiya Federasiyasının yeni dövlət bayrağı kimi tanınmasını təklif edib.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu özünü elan etmiş Krım Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
"Bu gün Qərb ölkələri əslində "Qələbə Bayrağı" ilə müharibə elan edir. Onlar onu hər yerdə qadağan edib. Onlar bu simvoldan qorxurlar, çünki qələbənin qırmızı bayrağı onlara xalqımızın əzəmətini və bizim böyük qələbəmizi xatırladır. Düşünürəm ki, bu bayrağı milli bayrağımız kimi tanımağın vaxtıdır", - o, bildirib.
Ağarza Elçinoğlu