İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 550 min litr qaçaq yanacaq daşıyan gəmini müsadirə edib.
"Unikal" xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Mücteba Kahramani məlumat yayıb.
Gəmidə 7 ekipaj üzvünün həbs edildiyini bildirən Kahramani, “Xarici ölkəyə məxsus gəminin Fars körfəzində minlərlə litr qeyri-qanuni yanacaq daşıdığı müəyyən olunub. Hərbi Dəniz Qüvvələri sürətlə hərəkətə keçərək qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirib”, - deyə məlumatında bildirib.
Gülayə Mecid