Bu gün İrəvanda keçirilən etirazlar zamanı Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov saxlanılıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Şarmazanovun "Telegram" kanalı məlumat paylaşıb. Həmçinin kanalda Eduard Şarmazanovun polis bölməsində digər nümayişçilərlə birlikdə “Nikolasız Ermənistan” şüarını səsləndirən videosu da yayımlanıb.
Onunla yanaşı Ermənistan parlamentinin keçmiş vitse-spikeri də Abovyan şəhərindəki polis bölməsinə aparılıb.
Gülayə Mecid