Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski qanun layihəsini Ali Radaya təqdim edib.
Qeyd edək, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib.
Ukraynada hərbi vəziyyət rejiminin müddəti mayın 25-dək qüvvədədir.