Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində dindiriləcək.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mühüm işlər üzrə idarəsinin rəisi Rafael Vardanyan məlumat verib.
O, müharibədə öldürülmüş hərbçilərin valideynləri ilə görüşdə deyib ki, hazırda gələcək dindirilmənin detalları açıqlana bilməz.