"Finlandiya və İsveçin bizim sıramıza qoşulmasına icazə verməyə sürətlə hərəkət etməyə hazırıq".
"Unikal" "Associated Press"-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş Katibi Yens Stoltenberq mətbuata açıqlamasında bildirib.
Həmçinin Stoltenberq Finlandiya və İsveçin NATO-dakı səfirləri tərəfindən verilən rəsmi ərizələrin nəzərdən keçirildiyini də deyib.
“Mən Finlandiya və İsveçin NATO-ya üzv olmaq tələblərini ürəkdən alqışlayıram. Siz bizim ən yaxın tərəfdaşlarımızsınız”, - deyə Stoltenberq bildirib.
“Bütün müttəfiqlər NATO-nun genişlənməsinin vacibliyində həmfikirdirlər. Biz hamımız razıyıq bu tarixi bir məqamdır və ondan istifadə etməliyik”.
Qeyd edək ki, Stoltenberq açıqlama zamanı arxasında NATO, Finlandiya və İsveç bayraqları yanında isə hər iki ölkədən rəsmi nümayəndə var idi.
Stoltenberq "Bu, təhlükəsizliyimiz üçün kritik, bir andan da çox yaxşı gündür",- deyib.
Aynurə Xudaverdiyeva