Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
"Unikal"ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, respublika prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan və müdafiə nazirinin müavini Karen Brutyan da iştirak ediblər.
Qeyd olunub ki, görüş zamanı Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlər müzakirə edilib.
Ağarza Elçinoğlu