Çinin “Shein” brendinin ayaqqabıları istidən gəzinti zamanı qızın ayağında əriyib.

"Unikal"
xəbər verir ki, bu haqda qız öz "TikTok" hesabında paylaşım edib.

Eacarrasco ləqəbli blogger bildirib ki, o, Las-Veqasda keçirilən “Lovers and Friends” festivalına getmək üçün paltarı əvvəlcədən fikirləşib və pərakəndə mağazanın saytından ayaqqabı sifariş edib. Materialın qəhrəmanı qiyməti 31 dollar (1928 rubl) olan yüksək platformada ucuz Mary Jane ayaqqabıları alıb.

Müştərinin dediyinə görə, festival günü havanın temperaturu 38 dərəcəyə qalxıb və çox keçmədən o, rezindən olan sandalların altlıqlarının tədricən əriməyə başladığını hiss edib. Nəhayət, tədbirin sonunda istifadəçinin ayaqqabılarından birinin platforması qismən deformasiyaya uğrayıb, bunu videoda nümayiş etdirib.

Aynurə Xudaverdiyeva