24 dekabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə ölkə üzrə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıqların salınması və artırılması, iqlim dəyişikliyi  ilə mübarizə sahəsində apardığı siyasətə,  o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən yaşıllaşdırma işlərinə töhfə vermək məqsədilə gün ərzində Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şamaxı, Zaqatala, Şəki, Qax, Qəbələ, Masallı, Lənkəran, Qazax, Şəmkir, Beyləqan və Göygöl rayonlarının ümumilikdə 13 hektar meşə fondu torpağının açıq və seyrək ərazilərində 21 mindən artıq Eldar şamı, Şərq çinarı, göyrüş, dəmirağacı, palıd və cökə tingləri əkilib.