Ermənistanın Baş naziri Nikol Paşinyan etirazçılara görə hotelə arxa girişdən daxil olub.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyan "Marriott" hotelində keçiriləcək forumda iştirak üçün əraziyə vaxtından əvvəl gəlib. Belə ki, "Müqavimət" hərəkatının nümayəndələri öncədən hotelin qarşısında etiraz aksiyalarına başlayıblar. Bu səbəbdən Nikol arxa girişdən hotelə daxil olub.
Onun xüsusi mühafizə qrupu altında binaya girişi kameralara əks olunub.
Gülayə Mecid