Fransanın yeni xarici işlər naziri təyin olunub.
"Unikal" xəbər verir ki, Fransanın Britaniyadakı səfiri Katerina Kolonna ölkənin yeni xarici işlər naziri təyin olunub
O, bu postda Jan İv Lö Drian əvəz edəcək. 66 yaşlı xanım Kolonna daha əvvəl mərhum prezident Jak Şirakın mətbuat katibi olub.
BFM TV-nin məlumatına görə, yeni hökumət kabinetində maliyyə naziri Bruno Le Maire və daxili işlər naziri Gerald Darmanin öz postlarını saxlayıblar.