Böyük Yeddilik (G7) ölkələri Ukraynada bərpa işlərini gücləndirmək və səhiyyə sistemini bərpa etmək üçün Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
"Unikal" xəbər verir ki, bu barədə G7-nin səhiyyə nazirlərinin yekun bəyanatında deyilir.
"Biz indi və gələcəkdə səhiyyə sisteminin fəaliyyətini və bərpasını gücləndirmək üçün Ukraynaya dəstəyi davam etdirəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq. Biz 19,8 milyard dollar büdcə dəstəyini səfərbər etdik".
Eyni zamanda, onlar Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində yüzlərlə xəstəxana və tibb müəssisəsinin zədələndiyini, dağıldığını, işçilər evlərini tərk etmək məcburiyyətində qaldılğını qeyd ediblər.