Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşümüz zamanı ölkələrimiz arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməyə icazə verməyək deyə razılığa gəldik. Buna baxmayaraq keçən həftə o ABŞ senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış etdi. Yəqin ki, ABŞ “F-16”-lar məsələsində Mitsotakisin sözlərinə əsasən qərar verməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.
“Biz bu il strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq”,- deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, FETO və digər terror təşkilatlarının üzvləri məhs Yunanıstan ərazisindən Avropaya gedir, orada dəstək alır.