Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "Facebook" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə mayın 26-29-da Bakıda keçiriləcək TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri müzakirə edilib.