Şərqi Zəngəzurun Qubadlı rayonunda anadan olmuş ictimai-siyasi xadim, istedadlı yazıçı, filoloq və politoloq "Qızıl qələm" mükafatı laureatı, AJB-nin üzvü Sabir Ağakişi oğlu Yaqubovun yeni kitabları işıq üzü görüb.
"Unikal" xəbər verir ki, S.Yaqubovun sağlığında "Nahaq qan", "Qisas", "Qaranlığın gözləri" adlı kitabların və müxtəlif vaxtlarda mətbuatda çap olunmuş xeyli sayda hekayə və novellaların, portret oçerklərin və digər publisistik yazıların müəllifi olub, oxucuların sevgi dolu rəğbətini qazanıb.
Dünyasını dəyişəndən sonra (18.01.2019) Sabir Yaqubovun çap olunmasını gözləyən uç kitabından ikisi işıq üzü görüb.
1. "İllərdən qalan izlər" (şeirlər - 2021) kitabında yazarın müxtəlif illərdədərin sənətkarlıqla qələmə aldığı əsərləri öz əksini tapmışdır.
2. "Ömrüm bir kitabdır" (xatirə - roman 2022) Sabir Yaqubovun ömür səhifələrinin xatirəsidir. Uşaqlığının, gəncliyinin, ahıl çağının yaddaşıdır.
Sabir Yaqubov diplomatik fəaliyyərinə görə "Rəşadətli əməyə görə"medalına layuq görülüb.