Rusiya Xorvatiyanın Moskvadakı səfirliyinin beş əməkdaşını ölkədən çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunub ki, Xorvatiyanın Moskvadakı səfiri Tomislav Çar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb: "Xorvatiya hakimiyyətinin Ukraynadakı hərbi cinayətlərdə Rusiyanı günahlandırmağa əsassız cəhdləri və Xorvatiya tərəfinin neo-nasist Kiyev rejiminə hərbi yardım göstərməsi ilə əlaqədar ona sərt etiraz bildirilib".
"Əvvəllər Zaqrebin Rusiya diplomatik missiyasının sayını azaltmaq üçün atdığı qeyri-dost addımlara cavab olaraq, səfirə Xorvatiyanın Moskvadakı səfirliyinin beş əməkdaşını "persona non qrata" elan edən nota təqdim edildi", - XİN-in məlumatında deyilir.
Qeyd edək ki, Xorvatiya Xarici İşlər Nazirliyi aprelin 11-də Rusiyanın Zaqrebdəki səfirliyinin 24 əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Ağarza Elçinoğlu