Jurnalist Əfqan Sadıqov da əfv edilib.
"Unikal" xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ona şamil edilib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası iki il azaldılmışdı.