3 nəfər qadın məhkum əfv edilib.
"Unikal" xəbər verir ki, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 nəfər qadın məhkum cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:
Bunlar aşağıdakılardır:
- Cəfərova Züleyxa Rəşid qızı, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
- Hüseynova Əfsanə Fəxrəddin qızı, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 1 nəfər qadın məhkum cəzadan azad edilib. Bu Mahmudova Sevda Rəcəb qızıdır. O, 1979-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa Rayon Məhkəməsinin 2021-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilib.