Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu  irvan şəhərində 685 mənzilli qəsəbədə keçirib.
          
"Unikal" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH məsul işçiləri, icra nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şirvan-Hacıqabul Regional bölməsinin nümayəndəsi Vəkil Hüseynov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin Şirvan MKİS-nin rəisi Mətləb İbrahimov iştirak edirdi. 
Qəbulda Qubadlı rayonu və digər rayonlardan olan 70 nəfər məcburi köçkün iştirak etmişdir. Qəbul zamanı 15 məsələ qaldırılmışdır. Həmin məsələlərdən 8-i yerində həll olunmuş, 7-si isə baxılması üçün nəzarətə götürülmüşdür. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. 
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.