"Yaxın iyirmi ildə yeni bir pandemiya başlaya bilər".
"Unikal" xəbər verir ki, bunu "Microsoft"un qurucusu, milyarder Bill Qeyts deyib.
"Bu, insan tərəfindən yaradılmış bir virus, onu inkişaf etdirən və bilərəkdən yayan bioterrorçu ola bilər... Və ya təbii dünyadan gələn bir şey ola bilər. İnsan əhalisi artır və biz getdikcə daha çox ekosistemi işğal edirik. İqlim dəyişikliyi nəticəsində qarşıdakı 20 il ərzində təbii olaraq baş verən pandemiya ilə qarşılaşma ehtimalının 50% olduğu təxmin edilir", - deyə o bildirib.
Qeytsin fikrincə, bəşəriyyət öz vətəndaşlarını qorumaq istəyirsə, hökumətin hazır olması lazım olanlar siyahısına pandemiyaları da daxil etməlidir.
Ağarza Elçinoğlu