Polşa Ukraynaya 18 ədəd 155 millimetrlik "Krab" özüyeriyən haubitsaları verib.

"Unikal" xəbər verir ki, bu bardə "Polşa Radiosu"nun məlumatında deyilir. 

"Ukrayna hərbçiləri Polşadan 18 ədəd müasir özüyeriyən haubitsa alıblar", - məlumatda bildirilib.

Qeyd edək ki, "Krab"ın maksimum atəş məsafəsi adi döyüş sursatları ilə 40 kilometr, atəş sürəti dəqiqədə altı mərmidir. Bu özüyeriyən haubitsaların yeganə operatoru hazırda Polşa ordusudur.

Ağarza Elçinoğlu