Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Kiyevi ələ keçirməyi qarşısına məqsəd qoymayıb.
"Unikal" xəbər verir ki, bunu mayın 29-da Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
"Bizim liderlərimizdən heç biri, nə prezident, nə də başqaları heç vaxt deməyiblər ki, biz Kiyevi tutmaq istəyirik. Mən inanmıram ki, Kiyevi tutmaq və ya işğal etmək mümkün olsun. Bu, böyük bir şəhərdir", deyə o, BBC-yə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiya qoşunlarının sayını artırmağa ehtiyac yoxdur: "Ukraynadakı vəziyyəti adi vasitələrdən istifadə etməklə məhdud əməliyyatla həll edəcəyik. Ola bilsin, diqqət yetirmisiniz ki, biz qoşunlarımızın sayını artırmamışıq. Hesab edirik ki, bu vəziyyətin öhdəsindən gəlmək üçün onlar kifayətdir", - Kelin əlavə edib.
Ağarza Elçinoğlu