Çində neft tankerinin göyərtəsində partlayış olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Honkonqdan 300 km şərqdə baş verib. 

Panama bayrağı altında üzən "Chuang Yi" tankerindəki partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilərin olduğu bildirilir. 

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğın lokallaşdırılıb. 

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.