Rusiya Federasiyası həbsdə olan çeçen məhbusları Ukraynaya qarşı müharibəyə göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Biz izah edə bilərik" nəşri məlumat dərc edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukraynada döyüşən çeçenlərin siyahılarını öyrənib və onları Rusiya məhkəmələrinin internet saytındakı qərarlarla müqayisə ediblər.
Məlum olub ki, Çeçenistandan Ukraynaya döyüşə gələn 953 nəfərdən azı 101 nəfər əvvəllər və ya hazırda məhkumdur.
Məsələn, dəfələrlə məhkum olunmuş Bexan Taysumov cəzasını 2022-ci ilin sonuna qədər həbsdə çəkməli idi, lakin o, Ukrayna ərazisində döyüşür. Bildirilir ki, bunun kimi onlarla döyüşçü var.
Ağarza Elçinoğlu