ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden bazar günü Texas ştatının Uvalde qəsəbəsinə gediblər.

"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, burada onlar daha əvvəl atışma baş verən ibtidai məktəbə baş çəkiblər.

"Dövlət başçısı və xanımı artıq məktəbin ərazisində təşkil olunmuş abidənin önünə gül dəstələri qoyub, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər", - Ağ Evin məlumatında deyilir. 

Ağarza Elçinoğlu