"Avroviziya 2022" mahnı müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş Orkestri" aldıqları mükafatı Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün keçirilən xeyriyyə hərracında satıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatında qeyd olunub.
Xeyriyyə auksionu "Kaluş Orkestri"nin aldığı mükafatla başa çatıb. Gəlir Ukrayna istehsalı olan PUA-lara xərclənəcək.
"Kaluş Orkestri və Sergiy Pritula "Eurovision 2022" üçün kristal mikrofonu xeyriyyə hərracında 900 min dollara satıblar! Vəsait Ukrayna ordusu üçün "PD-2" pilotsuz uçan aparat kompleksi üçün toplanıb", - mesajda deyilir.
Ağarza Elçinoğlu