Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində leysan yağışları nəticəsində 44 nəfər ölüb.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həmçinin 56 nəfərin itkin düşdüyü, 25 nəfərin yaralandığı və 4 mindən çox insanın evsiz qaldığı bildirilib.
Prezident Jair Bolsonarunun bazar ertəsi bölgəyə səfəri gözlənilir.
Meteorologiya xidmətinin məlumatına görə, bu əraziyə yalnız şənbə günü səhər saatlarında 150 mm-ə qədər yağıntı düşüb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.
Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Fəlakətin nəticələrinin aradan qaldırılmasında 3 mindən çox insan iştirak edir.