İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, binanın dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb.
İranın daxili işlər naziri Əhməd Vəhidi dağıntılar altında çox sayda insanın olduğunu və ölənlərin sayının artacağını bildirib.
Qeyd edək ki, mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət mərkəzinin binasının bir hissəsi çöküb.