Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti sabah Türkiyəyə rəsmi səfər edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub.