Bu gün İrəvanda hökumət binası yaxınlığında keçirilən etiraz aksiyaları zamanı polis 111 etirazçını saxlayıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.