Nigeriyada meymun çiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə yerli Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi məlumat yayıb.
29 may 2022-ci il tarixinə ölkədə doqquz ştatda 21 yoluxma halı təsdiqlənib. İlk ölüm faktı immun fəaliyyətini aşağı salan dərmanlar qəbul etdiyinə görə bir neçə komorbidliyi olan 40 yaşlı kişidə aşkarlandı.
Məlumata görə, virusun yoluxması və ya mutasiyaya uğramasının qeyri-adi yolu olmayıb.
Ağarza Elçinoğlu