Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Azərbaycan bayrağı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” orden və medallarına layiq görülən Baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun anadan olmasının 43-cü il dönümü qeyd edilmişdir.
"Unikal" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
Ətraflı
Şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların problemləri və qayğıları ilə maraqlanmışdır.
Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmışdır. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişdlər.
Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, şəhidin həyat və fəaliyyətindən söz açılmışdır.