“Barselona”nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakira ayrıldıqlarını bildiriblər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onlar birgə bəyanatla ayrıldıqlarını təsdiqləyiblər.
“Yollarımızı ayırdığımızı təsdiqlədiyimizə görə təəssüflənirik. Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə, şəxsi həyatımıza hörmət edilməsini xahiş edirik", - bəyanatda qeyd ediblər.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub.