Qərb Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan edib.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ukrayna iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürdük. Nümayəndə heyətlərinin İstanbuldakı görüşündən bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”, - deyə Rusiya XİN rəhbəri bildirib.