ABŞ-ın Tennesi ştatında atışma baş verib.

"Unikal" xəbər verir ki, restoran yaxınlığında qeydə alınmış hadisədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə qurbanlarının ikisi güllə yarasından ölüb. Digərini isə hadisə yerindən qaçarkən avtomobil vurub.