Ləzzəti ilə içinizdəki sənətçini oyadan “Choco’Art”, incə sənətə dəstək verməyə davam edir.
"Unikal" xəbər verir ki, 100% təbii kakao yağından və ən keyfiyyətli kakao dənindən, böyük ustalıqla hazırlanan "Choco'Art"ın dəstəyi ilə 20-27 may tarixlərində Birinci Bakı Beynəlxalq Piano Festivalı həyata keçirilir.
Dünyanın müxtəlif ölkələrindən olan virtuoz sənətçilərin iştirakı ilə festival çərçivəsində 15 konsert proqramının təşkil edilməsi nəzərdə tutulur.
Hər kəsi ovsunlayıcı dadı ilə sehrinə salan Azərbaycanın premium şokolad markası “Choco Art” incə sənət və yüksək peşəkarlıq nümunəsidir. Buna görə də incəsənətin olduğu yerdə “Choco Art”ın olması mütləqdir. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə plitə çeşidi ilə alıcılarına təqdim olunan premium şokolad brendi çeşidlərini daha da artıraraq yeni şokolad kremlərini ve çəkili konfetlerini bazara çıxarıb.
Ləzzəti adı kimi incə sənət olan “Choco Art” bu festivalda içinizdəki sənətçini oyadacaq.