Hindistanın Tehrandakı səfiri Qaddam Dharmendra Hindistan televiziyasının efirində İslam Peyğəmbəri Məhəmmədin təhqir edilməsi ilə bağlı səfirliyə çağırılıb.
"Unikal"ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Dharmendraya etiraz notası təqdim edib.
Hindistan səfiri öz növbəsində bildirib ki, ifadə olunan mövqe bütün dinlərə böyük hörmətlə yanaşan Hindistan hökumətinin fikrini əks etdirmir. Bundan əlavə, onun sözlərinə görə, Hindistanın hakim partiyası Bharatiya Janata Partiyasının (BJP) nümayəndəsi Nipur Şarma dövlət qulluqçusu deyil, sadəcə partiyada vəzifə tutub. Qalmaqal yarandıqdan sonra o, işdən çıxarılıb.
Ağarza Elçinoğlu