Latviyanın Elektron Media üzrə Milli Şurası Baltikyanı ölkədə hələ də izlənilə bilən son Rusiyanın 80 telekanalının yayımını qadağan edib.
"Unikal" xəbər verir ki, qərar Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yaradan ölkədə qeydiyyatdan keçmiş proqramların Latviyada fəaliyyət göstərə bilməyəcəyini nəzərdə tutan yeni qanunvericiliyə əsasən qəbul edilib.
Bu qərar iyunun 9-da qüvvəyə minəcək və Rusiya Ukraynaya qarşı müharibəni bitirənə və işğal olunmuş Krımı qaytarana qədər qüvvədə qalacaq.
Rusiya kanallarının, o cümlədən əyləncələrin bloklanması barədə qərarı Elektron Media üzrə Milli Şura martın əvvəlində qəbul edib. Bu telekanalların Latviyada təkrar yayımını həyata keçirən “Global Media” qərarın dayandırılması üçün məhkəməyə müraciət edib.