Alimlərin iddialı açıqlamalarından sonra, NASA və Avropa Kosmik Agentliyi kimi qurumlar Venera ilə daha çox maraqlanmağa başlayıb.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, NASA növbəti 10 ildə Veneranı araşdırmaq üçün onun səthinə enmək istədiyini açıqlayıb.
Sözügedən kosmik maşının 2029-cu ilin iyununda buraxılması planlaşdırılır.
NASA-nın DAVINCI adlı raketi Venerada yerini almaq üçün 2 illik səyahət edəcək. Sonra o, planetin atmosferinə enəcək və Veneranı tədqiq edəcək.
Ağarza Elçinoğlu