Paris Odessa limanının blokadadan çıxarılması ilə bağlı Ukraynaya kömək etməyə hazır olduğunu bəyan edib. Minalanmış dənizə baxmayaraq gəmilərin limana daxil olmasına imkan verəcək əməliyyatda iştirak edəcək.
"Unikal" bu barədə BFM TV-yə istinadən xəbər verir.
“Biz tərəflərin sərəncamındayıq ki, onlar Odessa limanına tam təhlükəsiz şəkildə çıxışı təmin etmək, yəni dənizin minalanmış olmasına baxmayaraq, gəmilərin müşayiəti üçün əməliyyat təşkil edə bilsinlər”, - prezidentin müşaviri deyib.
Müşavir həmçinin qeyd edib ki, Fransa Ukraynanın qələbəsini və ərazi bütövlüyünün bərpasını istəyir.
“Biz istəyirik ki, Rusiya və Ukrayna arasındakı müharibə mümkün qədər tez bitsin”, - müşavir əlavə edib.