Rusiyaya qarşı çıxacaq növbəti insanlar misirlilər olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus və Rusiyanın ərzaq problemi ilə bağlı ittihamları Qərbin Rusiya və Belarusu “bombalamaq” istəyini gizlədir.
Lukaşenko qeyd edib ki, əslində amerikalılar Ukraynadan taxıl ixracı məsələsini gündəmə gətirməklə bir sıra ölkələri Rusiya və Belarusa qarşı yönəltməyə çalışırlar. O, Ukraynada onların dediyi qədər taxılın olmadığını bildirib.
“Misir əsas idxalçılardan biridir, yəni böyük miqdarda taxıl idxal edir. İndi Misir xalqı da Rusiyaya qarşı üsyan edəcək. Onlar acından ölür, Ukraynada taxıl yoxa çıxır”, - Lukaşenko bildirib.
Xatırladaq ki, iyunun 8-də Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında Ukrayna limanlarının blokunun açılması və Qara dənizdə taxıl ixracı ilə bağlı danışıqlar aparılıb.