Ağdaş rayonunda keçirilən toy mərasimlərinin birində dava düşüb.

"Unikal"ın məlumatına görə, münaqişə nəticəsində 1993-cü il təvəllüdlü rayon sakini Alim Alcanov Səbuhi Abdullayev tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

S.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

İki bıçaq zərbəsi alan yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov