
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) parlament fraksiyasının bu gün Ankarada keçirilən toplantısındakı çıxışına Xocalı qurbanlarının xatirəsini yad etməklə başlayıb.
APA-nın xəbərinə görə, R. T. Ərdoğan Xocalıda kütləvi qətl törədənlərin hələ də öz cəzalarını almadığını bildirib: “Azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşdüyümüzü bir daha ifadə edirəm. 21 il əvvəl qətlə yetirilən 613 qardaş-bacımızı təkrar rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımız kimi, biz də bu insanlıq dramını unutmayacaq və unutdurmayacağıq