Bərdə sakini həmyerlisini ov tüfəngi ilə güllələyib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.