Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda bir matç ərzidə 5 dəyişiklik qaydasını daimi əsasda təsdiq edib.

"Unikal" xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Həmçinin, IFAB futbolda ofsaydın avtomatik müəyyən olunması qaydaları üzərində işlədiyini açıqlayıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası zamanı beynəlxalq futbol təqvimində sıxlıq yarandığı üçün beynəlxalq federasiyalar əvəzetmə sayını üçdən beşədək artırılması barədə razılığa gəlmişdi.