“Real” futbolçusu Marselo ilə vidalaşıb.
"Unikal" xəbər verir ki, braziliyalı müdafiəçi 18 yaşından şərəfini qoruduğu klubda 15 il keçirib.
O, Madrid təmsilçisi ilə 25 titul qazanıb. Bu, “Kral klubu”nun rekordudur. O, son mövsüm Liqa1-də qazanılan çempionluqla Fransisko Xentoya məxsus rekordu (23) geridə qoyub, Çempionlar Liqasını əldə edərək fərqi artırıb.
Marselo İspaniya çempionatında 6, kubokda 2, Superkubokda 5 uğura sevinib. O, 5 dəfə Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda, 4 dəfə klublararası dünya çempionatında qalib olub.